• WTI

    74,55 USD
  • Brent

    77,75 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    84,16 USD
GL Group Yay Təcrübəçiləri Əməliyyat Sahələrini Ziyarət Ediblər

GL Group Yay Təcrübəçiləri Əməliyyat Sahələrini Ziyarət Ediblər

Enerji sahəsi üçün gələcək peşəkarların yetişdirilməsinə yönəlmiş öhdəliyimiz çərçivəsində, GL Group-un Yay Təcrübə Proqramının iştirakçıları Azərbaycanda fəaliyyət göstərən afilə şirkətlərimizin bəzi əməliyyat sahələrinə tanışlıq səfəri həyata keçiriblər.

Səfər zamanı iştirakçılar Abşeron yarımadasında yerləşən və neft-qaz hasilatı ilə məşğul olan Taghiyev Operating Company-nin sahəsinə, həmçinin neft-qaz sənayesində geniş xidmət spektri təqdim edən GL Technical Services şirkətinin əməliyyat bazasına baş çəkiblər.

Təcrübəçilər sahədə aparılan müşahidələr və peşəkar mütəxəssislərlə keçirilən interaktiv müzakirələr vasitəsilə hasilat prosesləri, logistika və texniki xidmətlərlə bağlı praktiki bilik və anlayışlarını daha da dərinləşdiriblər.

GL Group olaraq, müxtəlif akademik istiqamətləri təmsil edən tələbələrin peşəkar inkişafına dəstək göstərməkdən və onların real iş mühitində biliklərini tətbiq etmələrinə şərait yaratmaqdan məmnunluq duyuruq.