• WTI

    61.35 USD
  • Brent

    64.63 USD
  • Urals

    67.61 USD
  • Azeri Light

    72.56 USD
GL Group-un törəmə şirkəti olan Salyan Oil Limited-in geoloqu Zəhra Axundova neft-qaz sənayesinə 25 ilini həsr etmiş təcrübəli mütəxəssisdir.

Neftçi ailəsində doğulan Zəhra xanım uşaqlıq illərində atasının neft hasilatı, bu sahədəki çətinliklər və peşənin əhəmiyyəti haqqında hekayələrini dinləyərək böyüyüb. Məhz bu hekayələr onun marağını oyadaraq, onu geologiya və neft-qaz kəşfiyyatı sahəsində təhsil almağa sövq edib.

Bu gün Zəhra xanım təcrübəli bir mütəxəssis kimi sənayenin inkişafına töhfə verir, öz peşəkarlığı, fədakarlığı və əzmi ilə seçilir. O, enerji sektorundakı çətinliklərə baxmayaraq, öz arzularının ardınca getmək istəyən bir çox qadın üçün ilham mənbəyidir.

Onun peşəkar fəaliyyəti və töhfələri bu yaxınlarda Azərbaycan Dövlət Televiziyası tərəfindən yayımlanan xüsusi reportajda işıqlandırılıb.

Neft-qaz sənayesində çalışan bütün qadınlara zəhmətləri, əzmkarlıqları və enerji sektorunun inkişafına verdikləri töhfələrə görə dərin təşəkkürümüzü bildiririk.

Yolunuz uğurla dolu olsun, arzularınız gerçəyə çevrilsin!